Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığında İranın ballistik raketlərinin Türkiyə hava məkanını pozmasının qəbuledilməz olduğunu açıqlayıb. Bu barədə Reuters agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verib.
Mənbənin sözlərinə görə, Araqçı Fidana Tehranın raket insidenti ilə bağlı ətraflı araşdırma apardığını deyib.
Agentliyin həmsöhbəti əlavə edib ki, Fidan Türkiyənin bütün tərəfləri mülki əhalini təhlükəyə ata biləcək addımlardan çəkinməyə çağırdığını bir daha vurğulayıb və Ankaranın özünə yönəlmiş raketlərə qarşı lazımi tədbirlər görəcəyini bildirib.
Aytac