Politoloq: “Qarabağda müharibə ehtimalı çox yüksəkdir” - MÜSAHİBƏ

17:34 | 28.01.2015
Politoloq: “Qarabağda müharibə ehtimalı çox yüksəkdir” - MÜSAHİBƏ

Politoloq: “Qarabağda müharibə ehtimalı çox yüksəkdir” - MÜSAHİBƏ

Rusiya Hərbi Politoloqlar Birliyinin üzvü və siyasi elmlər namizədi Aleksandr Perejniyev ANN.Az xəbər portalına müsahibə verib. Həmin müsahibəni oxuculara təqdim edirik:

- 2015-ci ildə Azərbaycan və Rusiya arasında olan  münasibətlərin  inkişafını necə görürsüz?  Xatırladaq ki, keçəni il kifayət qədər səmərəli keçdi.  Çox qısa zaman kəsiyində bir çox yüksək səviyyəli rus rəsmiləri Azərbaycan gəlmişdi.
 
- Bundan sonra da bütün sahələrdə - iqtisadi, siyasi, mədəni, təhsil və s.   Azərbaycan-Rusiya arasında qarşılıqlı münasibətlər inkişaf edəcək və daha da möhkəmlənəcək. Bizim ölkələr arasında münasibətlərə Rusiya-Türkiyə və Rusiya-İran qarşılıqlı siyasətinin inkişafı da öz təsirini göstərəcək.  

- Qarabağ münaqişəsi ilə bağlı bu ilki proqnozunuz necədir? Sizcə, bu münaqişə sülh yolu ilə həll oluna bilərmi? Yoxsa, astanada müharibə var?

- Pessimist deyiləm, amma hesab edirəm ki, təmas nöqtəsində gərginlik yüksələn xətlə inkişaf edəcək. 2015-ci ildə çox geniş miqyaslı müharibənin başlanması ehtimalı da yüksəkdir. Niyə? Birincisi, təhlükəsizliyi təmin edən beynəlxalq və Avropa təhlükəsizlik sistemləri artıq çöküb.  Bütün bunları Liviya, Suriya, Ukrayna və digər başqa bölgələrdə baş verən hadisələr də sübut etdi.

İkincisi, islam faktoru dünya siyasətində getdikcə daha da güclənməyə başlayıb. Qərb siyasətçiləri bu faktoru öz milli və beynəlxalq təhükəsizlik sistemi çərçivəsində nəzərə almırlar.

Üçüncüsü, dünyada "qan üzərində biznes” getdikcə böyüməkdədir. Məsələn, silah və sürsatların istehsalı, müharibə aparmaq üçün infrastrukturlar yaradan və xidmətlərini təklif edən özəl hərbi şirkətlərin sayı durmadan artır. Buna əlavə olaraq pulun sabit məzənnəsini təmin etmək üçün dünyada və ya hər hansısa regionda gərginliklər yaradılır.

- Ukraynanın cənub-şərq hissəsi getdikcə Suriyaya bənzəməyə başlayıb. Donbasda davam edən müharibə ilə bağlı gözləntiləriniz nədir?


- Orada nə baş verməsindən asılı olmayaraq gözləyirəm ki, bu regionda sülh yaranacaq. Durum çox ağır görünsə də, sülh labüddür. Ancaq bu sülh dünyanın bütün aparıcı dövlətlərinin – ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, Rusiya və Çin – qarşılıqlı və kompleks görəcəyi işlərdən asılı olacaq. Düşünürəm ki, bu məsələnin həllində, yuxarıda adını çəkdiyim qrup dövlətlərin Rusiya, Belarusiya və Qazaxıstan ilə əməkdaşlığı əsas rol oynayacaq.  
 
Belə əlaqə baş tutacaqmı? Əminəm ki, baş tutacaq. Axı heç kim - istər Avropa olsun, istər Rusiya, istərsə də digər ölkələr -  xaosda,  gözlənilməzlikdə, terrorçü və millətçi təşkilatların təhdidi altında yaşamaq istəməz.

- Gümrüdə baş verən hadisə erməni-rus münasibətlərinə necə təsir edəcək? Ermənistan buna görə MDB, Gömrük və Avrasiya  İttifaqı, Kollektiv Müdafiə Müqaviləsi Təşkilatından çıxma məsələsini qaldıra  bilərmi?


- Gümrüdəki erməni ailəsinin öldürülməsi Moskva və İrəvanın rəsmi münasibətlərinə təsir göstərmir. Qarşılıqlı kömək və əməkdaşlıq münasibətləri iki ölkə arasında imzalanmış müqavilələrin prinsipləri çərçivəsində inkişaf edəcək. Amma necə deyərlər, "yaranın izi qalacaq”. 102-ci bazanın yerləşdiyi ərazidə əhalinin bu bazaya münasibəti, sözsüz ki,  xoşagəlməz istiqamətdə dəyişib.  
 
Ermənistan daxil olduğu üç regional birlikdən çıxmayacaq. Düzün desək, elə ilk baxışdan belə fikir yaranır ki, əsgər Permyakovun törədilən cinayətin məqsədi iki qardaş xalq arasında nifaq toxumu səpmək olub.  
 
 
Hazırda Rusiyanın yüksək hərbi dairələri bu cinayətin baş vermə səbəblərini və şərtlərini aradan qaldırmaq və gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün tədbirlər görür. Bu müstəvidə baş verən hadisənin analizi aparılır. Yoxlama komissiyaları hərbi bazalarda qanun-qaydanın, hərbi intizamın, hərbi xidmətin təhlükəsizliyini təmin edilməsi ilə bağlı işlər görür. Rusiya Federasiyasının Hərbi birləşmələrində hüquqi, tərbiyəvi və kadrlarla bağlı modernləşdirici tədbirlər həyata keçirilir.
 
- Sizin bəzi məsləkdaşlarınız iddia edir ki, Permyakovun erməni ailəsini öldürməsi təsadüfi deyil. Bu, xarici xidmət orqanlarının  əvvəldən planlamış əməliyyatıdır. Buna inanırsız?

- Bu varianta inanıram. Permyakov protestant dini görüşlü birisidir. Bu faktın özü, Gümrüdə baş verən hadisədə, xarici faktorun rol oynaması şübhəsini yaradır.  Ermənistanın 1 yanvar 2015-ci ildən  Gömrük və Avrasiya İqtisadi İttfaqına daxil olması faktı 102-ci bazanın əsgəri tərəfindən erməni ailəsinin kütləvi qətli ilə üst-üstə düşməsi təsadüf ola bilməz.
 
 
Əminəm ki, bu variantın araşdırlması üçün Rusiyanın Xüsusi Xidmət Orqanları və silahlı qüvvələri müəyyən işlər görəcək. Ancaq onlar tərəfindən tez bir zamanda həqiqətin oraya çıxarılmasını gözləmirəm. Permyakovun törətdiyi cinayətin dəqiq səbəbləri məhkəmə olduqdan və qərar verildikdən sonra bilinəcək.   

- Məhkəmə olduqdan sonra Permyakov cəzasını Rusiyada, yoxsa Ermənistanda çəkəcək?

- Bütün məsələlər Rusiya hüquq sistemi çərçivəsində həll olunacaq. Rusiya Konstitusiyasının 61-ci maddəsi göstərir ki, "Rusiya vətəndaşı olan heç kimsə, Rusiya ərizisindən kənara və digər ölkəyə göndərilə bilməz”. Buna görə Permyakov cəzasını öz ölkəsində çəkəcək. Və böyük ehtimalla o, ömürlük həbs cəzası çəkən şəxslərlə bir yerdə olacaq.  

Həmid Həmidov
ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM