Pornoqrafik məzmunlu virus yayanların kimliyi bəli oldu - FOTOLAR

12:07 | 05.03.2015
Pornoqrafik məzmunlu virus yayanların kimliyi bəli oldu - FOTOLAR

Pornoqrafik məzmunlu virus yayanların kimliyi bəli oldu - FOTOLAR

Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virus yayıldığı aşkar olunub.

Yerli mobil operator istifadəçiləri "Report"un redaksiyasına müraciət edərək telefondan bəzi xəbər saytlarına keçid edərkən "hot-ero.net" saytına yönləndirildiklərini bildiriblər. Virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinir və erotik məzmunlu video təqdim olunur. Sonradan abunəçiyə həmin xidmətdən imtina etməyin qaydasının yer aldığı SMS gəlir. Bildirilir ki, eyni cür virus, həmçinin wap.edugate.az saytına keçidi də təmin edir.

Araşdırma nəticəsində virus yayılan erotik məzmunlu xidmətin mobil operatorlar üçün "Navigator Mobile Services" (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət hazırda ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir. NMS şirkətindən istifadəçilərə bildirilib ki, qeyd olunan saytların yaydığı videonun məzmunundan məlumatsızdırlar və müraciət edən şəxslər həmin xidməti deaktiv edə bilərlər. "Lakin nəzərə almaq lazımdır ki, abunəçi müraciət edənədək artıq onun balansından 0,41 qəpik hesabı ilə bir və ya bir neçə dəfə pul silinir", - bu cür problemlə üzləşən mobil telefon istifadəçilərindən biri deyib.

O əlavə edib ki, qısa yoxlamadan sonra NMS şirkətinin saytının (www.nms.az) və həmin pornoqrafik videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib: "Bu da şirkət tərəfindən həmin videoların məzmunundan xəbərsiz olduğunu istisna edir".

Vəkil Kamandar Nəsibov məsələ ilə bağlı "Report"a bildirib ki, bu fakt Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin İctimai mənəviyyat əleyhinə cinayətlər fəslinə daxildir. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 242-ci maddəsinə görə pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarətə görə üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Vəkil vurğulayıb ki, əvvəllər bu maddə ilə cəza 2 ilədək azadlıqdan məhrumetməni nəzərdə tuturdusa, son dəyişikliklərlə məsuliyyət daha da artırılıb.

ANN.Az
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti