Kiyevin Ukraynanın şərqində münaqişəni həll etmək üçün təklif etdiyi “çoxsaylı yollar”a Rusiya və ya separatçılar tərəfindən etiraz edilib.Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petr Poroşenko ABŞ vitse-prezidenti Cozef Baydenlə danışarkən bəyan edib.Poroşenkonun sözlərinə görə, separatçılar öncə silahı tərk etməyi və danışıqlar masasına oturmağı qəbul etmirlər.Daha öncə Ukrayna lideri hakimiyyətin, silahı yerə qoymağa razılaşanlarla dialoqa başlamağa hazır olduğunu söyləmiş və “hakimiyyətin qeyri-mərkəzləşdirilməsini” vəd etmişdi.Üçüncü gün Fransa və Almaniya liderləri Ukrayna prezidentini Rusiyayönümlü separatçılarla atəşkəs bağlamağa çağıracaqlarını bəyan ediblər.Bununla yanaşı Donesk xalq respublikasının baş nazirinin müavini Andrey Purgin “Komsomolskaya pravda”ya verdiyi müsahibəsində bəyan edib ki, heç bir atəşkəs barədə söhbət ola bilməz.“Hələ üç ay bundan öncə federalizmdən danışmaq olardı, indi isə kompromis mümkün deyil. Minimum 10-15 il biz bir evdə yaşaya bilməyəcəyik”, - Purgin deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !