Poroşenkodan Krım və Donbas şərti

15:44 | 01.05.2015
Poroşenkodan Krım və Donbas şərti

Poroşenkodan Krım və Donbas şərti

Ukrayna lideri Poroşenko döyüşlərin bitməsinin Krım və Donbasın geri qaytarılmasına bağlı olduğunu deyib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti ölkəsi üçün müharibənin yalnız Krımın geri qaytarılması şərtilə bitə biləcəyini deyib. Ötən axşam ölkə televiziyalarından birinə açıqlama verən prezident "müharibə nə vaxt bitəcək" - sualına belə cavab verib: "Ukrayna nə zaman Donbası və Krımı geri alarsa, o zaman da müharibə bitəcək. Bu nə qədər çəkər? Cavabı belədir - nə qədər zaman lazımdırsa, o qədər".

Poroşenko ölkəsinin suverenliyi, müstəqilliyi və torpaq bütövlüyü məsələsinin ən öndə dayandığını vurğulayıb, Ukraynanın bu mövzularda kiminləsə uzlaşmaya getməyəcəyini ifadə edib.

 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM