• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Prezident Administrasiyasının ətrafı barrikadalardan təmizləndi

Prezident Administrasiyasının ətrafı barrikadalardan təmizləndi
29.05.2020 05:47
Dekabrın 10-na keçən gecə Kiyevdə “Berkut” xüsusi təyinatlıları və daxili qoşunlar müxalifət tərəfdarlarının Prezident Administrasiyası, Nazirlər Kabineti və Ali Radanın binaları ətrafında qurduğu barrikadaları təmizləyib. APA-nın Ukrayna xəbər saytlarına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qalxanların köməyi ilə barrikadalardakı insanları sıxışdıraraq hökumət binalarının ətrafından uzaqlaşdırıblar. Çadır şəhərcikləri sökülüb. Əməliyyat zamanı mitinqçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ciddi toqquşmalar baş verməsə də, müxalifət liderlərindən biri, “Svoboda” Partiyasının rəhbəri Oleq Tyaqnibok zərər çəkənlər olduğunu bildirib. Müstəqillik meydanında etiraz aksiyası isə davam edir. Qeyd edək ki, bu gün ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Ukraynaya səfər edərək həm hakimiyyət, həm də müxalifətlə görüşlər keçirəcəklər. Kiyevdə prezident Viktor Yanukoviç və müxalifət liderlərinin iştirakı ilə dəyirmi masanın keçirilməsi də gözlənilir.   ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Dünya 11:34
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Albaniyada parlament seçkiləri keçirilir
Dünya 10:41
Albaniyada parlament seçkiləri keçirilir
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
Dünya 08:47
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
Dünya 22:30
Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
Bu ölkədə şahmat qadağan edilib
Dünya 21:55
Bu ölkədə şahmat qadağan edilib
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 20-si yaralanıb
Dünya 18:49
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 20-si yaralanıb
Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub
Dünya 17:35
Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub
Pakistanın Baş naziri təcili iclas çağırıb
Dünya 10:57
Pakistanın Baş naziri təcili iclas çağırıb
Merz, Makron və Starmer Kiyevə səfər ediblər - KİV
Dünya 09:12
Merz, Makron və Starmer Kiyevə səfər ediblər - KİV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol