Prezident Hakan Fidanı qəbul edib

11:52 | 18.01.2025
Prezident Hakan Fidanı qəbul edib

Prezident Hakan Fidanı qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
 
İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM