Prezident Qarabağ münaqişəsindən danışdı

16:02 | 24.05.2018
Prezident Qarabağ münaqişəsindən danışdı

Prezident Qarabağ münaqişəsindən danışdı

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Bu işğal nəticəsində bizim vətəndaşlarımız məcburi köçkün həyatı yaşayırlar.
 
AzVision.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan vəhşilik törədib: 

"Erməni faşizminin yırtıcı sifəti bu münaqişənin nəticələrində özünü büruzə verib. Ancaq Azərbaycan xalqı tam əmindir ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, bunu etməliyik. Həm beynəlxalq hüquq, həm də haqq-ədalət bizim tərəfimizdədir. Tarixi həqiqət bizim tərəfimizdədir və güc bizim tərəfimizdədir. Bu gün dünya miqyasında güc amili ön plana çıxır və güclü ölkələr öz istəyinə nail ola bilirlər. Azərbaycan da güclü ölkədir. Güclü ordumuz, güclü iqtisadiyyatımız və düşünülmüş siyasətimiz var".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM