Argentina prezidenti Kristina Kirşner ölkəsində səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyanla görüşməkdən imtina edib. Lent.az-ın Argentinanın “Clarin” portalına istinadən verdiyi xəbərə görə, Latın Amerikası ölkələrinə səfər edən S.Sarkisyan və Ermənistan nümayəndə heyəti üç saat oteldə gözləməli olub.
S.Sarkisyanı “San-Martin” sarayında xarici işlər naziri Hektor Timerman və vitse-prezidenti Amado Vill qarşılayıb.
Daha sonra K.Kirşnerin Ermənistan prezidentini bir neçə saat sonra qəbul ediləcəyi xəbəri verilib. Lakin görüş yenə baş tutmur və S.Sarkisyan yenə gözləmək məcburiyyətində qalıb. Az sonra isə S.Sarkisyana K.Kirşnerin özünü pis hiss etdiyi üçün onunla görüşə bilməyəcəyi haqda xəbər verilib.
Argentina qondarma erməni soyqırımını rəsmən tanıyıb və bu ölkədə güclü erməni lobbisi fəaliyyət göstərir.
ANN.Az