“Yaxşı, bunu həll edərik”
Qazaxıstanda inşa olunan EXPO -2017 ticarət mərkəzini “Nur Plaza” adlandırmağı təklif ediblər.
Oxu.Az Tengrinews.kz-a istinadən xəbər verir ki, Astana Group-un sahibi, iş adamı Nurlan Smaqulov Qazaxıstan prezidentinə kompleksin ərazisində yerləşəcək ticarət mərkəzi haqqında məruzə edərək, onu “Nur Plaza” (prezidentin adına işarə olaraq – red.) adlandırmaq təklifi ilə çıxış edib.
“Bizdə “Nur Plaza” variantı var. Əgər icazə versəniz, sizin razılığınızla onu “Nur Plaza” adlandırmaq istərdik, - deyə, Smaqulov Qazaxıstan prezidentinin tikintisi davam edən “Astana EXPO-2017” sərgi kompleksinə səfəri zamanı bildirib.
“Sən harda belə yatlaqlanmağı öyrənmisən?”, - Nazarbayev soruşub.
“Həyat öyrədib”, - deyə, iş adamı cavab verib.
“Bu, yaxşı addır, burada Nurlan çoxdur”, - deyə o cavab verib.
“Qoy “Nurlan Plaza” olsun. Yaxşı, bunu həll edərik”, - deyə, prezident cavab verib.
ANN.Az