Prezident tapşırıq verməzdən öncə hökumət Söyüdlüdə baş verən hadisələrlə bağlı hərəkətə keçməli idi. Bunu deputat Zahid Oruc deyib.
"Heç bir həftə keçməmiş hökumət xalqa geniş açıqlama və hesabat
verdi. Məgər mütləq prezident tapşırığı olmalıydı ki, hərəkətə keçsinlər? 44
günlük Zəfər savaşında olduğu kimi 3 ildə də 10-larla dövlətin müxtəlif
diplomatik-siyasi təxribatlarına qətiyyətlə cavab verən bir lideri mütləq
qlobal gündəliyindən ayırıb lokal miqyasda istismar edənlər heç olmasa indi vəzifə
məsuliyyətlərini anlamalıdılar. İlham Əliyevin 2018-ci ildən sonra qurduğu Yeni Hakimiyyətdə təmsil
olunan hər bir məmurun, parlament üzvünün, yaxud hakimin qarşısında bircə tələb
var-xalqın ayağına getmək, vətəndaşla danışmağı bacarmaq!", - deputat iyunun 14-də Milli Məclisin növbədənkənariclasında çıxışı zamanı bildirib.
İyunun 13-də Baş nazir Əli Əsədov Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclasında Gədəbəyin Söyüdlü kəndində təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 12-də nazirliydə keçirilən brifinqdə vurğulayıb ki, Gədəbəyin Söyüdlü kəndində müayinələrin aparılması üçün ölkəyə beynəlxalq şirkətlər gələ bilər.

Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy hadisələri barədə danışarkən bildirib ki, Gədəbəy rayonun Söyüdlü kəndində baş verənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhlənkarlığı üzündən baş verib. Ölkə başçısı Nazirlər Kabinetinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapışırıq verərək deyib ki, bir həftə ərzində həm ictimaiətə həm də prezidentə hadisələrin yekunu nəticələri ilə bağlı açıqlama verilsin.
İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə müdaxilə edib.
İyunun 21-i isə kəntdə polislərlə sakinlər arasında növbəti dəfə qarşıdurma yaşanıb. Kənd sakinləri aksiyada saxlanılanların sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub.
Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !