Prezident təqaüdü alanların sayı AÇIQLANDI

10:16 | 18.11.2022
Prezident təqaüdü alanların sayı AÇIQLANDI

Prezident təqaüdü alanların sayı AÇIQLANDI

Bu ilin doqquz ayında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 831 min şəxsə sosial müavinət və təqaüd ödənilib. Bu barədə nazirlikdən məlumat verilib.
 
Təqaüdçülərin 462 mini sosial müavinətlə, 369 mini Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
 
Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 36 faiz çox olmaqla 661 milyon manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 447 milyon manat ödənilib.
 
Bu ilin 10 ayında 189 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. 2019-cu ildən keçən dövrdə müavinət və təqaüdlərin təyinatı da elektronlaşdırılıb və ötən dövrdə 409 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
 
Bu ilin 9 ayında 179 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 400 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb