Martın 4-də " Bakinskiy rabociy” qəzitinin
xususi muxbiri , "Qizil qələm” mukafatcisi
,Əməkdar incəsənət xadidmi, ”Sərəf "nişani ordenli, Prezident mukafatcisi Svetlana Mirzəyevanin
dogum gunudur.
O, keşməkeşli həyat yolu keçib. Baki Dövlət Universitetinin Filologiya fakultəsini bitirən Svetlana Mirzəyeva jurnalist olmağı ,
xalqa komək etməyi qərara alir.
1989 cu ildə Qarabag muharibəsi baslayir,bu cəsur qadin hərbi muxbir
kimi Agdam ,Fuzuli, Cəbrayil,Agdərə bölgələrinə gedir , tibbi ləvazimatlar gətirir, yaralilarla gorusur, musahibələr hazırlayır. Svetlana xanimin butun lent yazilari bu gunə qədər saxlanilib.1990-ci ildə o,blokadada olan Naxcivanda eks prezident Heydər Əliyevlə gorüşür, onun barəsində kitab yazmağa başlayır.
Svetlana xanım həm mübariz əsgər, həm estet, həm də gözəl həyat yoldaşi idi. O, keçmiş Hüsü Hacıyev küçəsindəki bəstəkarlar evində yaşayırdı. Onun həyat yoldaşı Azərbaycanın Xalq artisti, "Şərəf” və "Şöhrət” ordenli, Prezident mükafatçısı, Musiqi Akademiyasının Professoru Musa Mirzəyev, oğlu xaricdə yaşayan dünya şöhrətli bəstəkar, Ankara Gözəl Sənətlər və Musiqi Universitetində bəstəkarləq dərsi tədris edən İlyas Mirzəyevdir. Onun evinde həmişə məşhur adamlar – Rostropoviç, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, bir çox yazıçılar və bəstəkarlar qonaq olub. Onlar haqqında çoxlu monoqrafiyalar və kitablar yazıb.
Svetlana xanımın həyatını qısa bir məqalədə təsvir etmək çox çətindir. Bircə onu deyə bilərik ki, o, xoşbəxt həyat yaşadı, çünki sevincini bölə bilirdi.
Ona Prezident Təqaüdü veriləndə imtina etdi, və təqaüdün redaksiyanın az təminatli işçiləri arasında bölünməsini istədi. O bildirmişdi ki, redaksiya dağılmasın, çünki bura bizim evimizdir!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !