Prezident: “Tvitterə qadağa qoymaram”

10:03 | 24.03.2014
Prezident: “Tvitterə qadağa qoymaram”

Prezident: “Tvitterə qadağa qoymaram”

Venesuela prezidenti Nikolas Maduro Tvitterə qadağa qoyulmasının anti-demokratik bir addım olduğunu bildirib.ANS PRESS-in xəbərinə görə, Venesuelada aylardır müxaliflərin təşkil etdiyi nümayişlərin hədəfi olan və iqtidarda çətin günlər keçirən prezident Maduro jurnalistlərin "Tvitterə qadağa qoyulacaqmı?" sualına maraqlı cavab verib."Tvitter bir virtual silahdır. Xalqla minlərlə şeyi paylaşa bilrəm. Fikirlərin müzakirə edildiyi bir ünsiyyət vasitəsidir. Mənə edilən haqsızlıqlar barədə seçicilərimə doğrunu söyləməyim üçün əvəzolunmaz fürsətdir. Mənə zərbə olsa, xalqımı ən tez Tvitter vasitəsilə hərəkətə keçirərəm, niyə bu silahı yerə qoymalıyam ki?" - deyə Maduro səsləndirib."@NicolasMaduro" adlı Tvitter hesabı olan Maduronun izləyici sayı 1 milyon 900 minə yaxındır.Qeyd edək ki, Türkiyədə "Tvitter"ə qadağa qoyulması Ərdoğan əleyhdarlarını daha da hiddətləndirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti