ASCO yeni tankeri suya buraxıb

14:06 | 02.07.2024
ASCO yeni tankeri suya buraxıb

ASCO yeni tankeri suya buraxıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş "Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib. 

QSC-nin sədri Rauf Vəliyevin sözlərinə görə,  "Zəngilan” Bakı Gəmiqayırma Zavodunda inşa edilən dördüncü yerli tankerdir. Əvvəllər istismara verilэт "Laçın” və "Kəlbəcər” tankerlərindən fərqli olaraq "Zəngilan” tankeri рэь  neft, həm də kimya məhsulları daşıyacaq.
 
Bakı Gəmiqayırma Zavodu ASCO üçün Zəngilanla eyni tipli daha üç tanker tikməyi planlaşdırır. Bununla bağlı sifarişlər qəbul edilib və müvafiq müqavilələr imzalanıb.

Rauf Vəliyevin sözlərinə görə, unikal dizayna malik və texniki göstəricilərinə görə geniş imkanları olan  "Zəngilan”ın konsepsiyası Odessanın Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb.
 
Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə bilən tankerə 15 nəfərlik ekipaj xidmət göstərəcək.
 
Tankerin ümumi tutumu 9212 kubmetr olan 6 yük çəni var. Dedveyti 7875 ton olan tanker dünyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edilib. Gəminin texniki xarakteristikaları, xüsusən də suda çəkmə qabiliyyəti ona Xəzər hövzəsinin nisbətən dayaz limanlarına daxil olmağa və maksimum yükgötürmə qabiliyyəti ilə Xəzər dənizindən kənarda yük daşımağa imkan verir. Yeni nəsil "Zəngilan” tankeri digər yerli istehsal olan tankerlər kimi Xəzər dənizinin sularında və onun hüdudlarından kənarda istismar ediləcək.

"Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyevin sözlərinə görə, ümumilikdə 1046 nəfərin çalışdığı zavodda bir Ro-Pax bərə, iki tanker və bir dibdərma gəmisinin tikintisi davam etdirilir.
 
"İki tanker, dörd dalğıc gəmisi və üç sürətli sərnişin gəmisi layihələndirmə mərhələsindədir. Hazırda dörd yük daşıyıcısı, bir patrul kateri və bir yanğınsöndürmə gəmisi üçün müqavilələr bağlanılır. Gəmiqayırma zavodu beş ticarət və səkkiz xidməti gəminin tikintisi üçün müqavilələr imzalayıb",  -  Nuriyev əlavə edib. 


ASCO-nun yaradılmasından indiyədək ümumilikdə 29 yeni gəmi istismara verilib. Onlardan 10 ədədi, o cümlədən bir yedək gəmisi, üç sərnişin gəmisi, iki Ro-Pax bərə, dörd tanker Bakı Gəmiqayırma Zavodunda inşa edilib. Həmçinin, ASCO-nun Müşahidə Şurası tərəfindən təsdiq edilən Gəmiçiliyin Strateji İnkişaf Proqramına uyğun olaraq, Bakı Gəmiqayırma Zavoduna 11 gəminin, o cümlədən bir Ro-Pax bərə, üç tanker, 80 nəfərlik üç sərnişin gəmisi, dörd gəminin tikintisi üzrə yeni sifarişlər qəbul edilib. 
 
N.Təbrizli
 
 
-------- 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan "Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM