Prezident özünə 5 yeni köməkçi təyin etdi

16:22 | 01.06.2017
Prezident özünə 5 yeni köməkçi təyin etdi

Prezident özünə 5 yeni köməkçi təyin etdi

Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında dəyişikliklər edib.

"Anews.az" haqqın.az-a istinadən xəbər verir ki, Administrasiyanın yeni strukturuna əsasən, prezidentə 5 yeni köməkçi təyin edilib.

Onlar prezidentin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov, ərazi-təşkilati məsələləri üzrə köməkçisi Zeynal Nağdalıyev, xarici siyasət üzrə köməkçisi Novruz Məmmədov, prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və katibliyin rəisi Dilarə Seyidzadədir. 

Qeyd edək ki, daha əvvəl prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev idi. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM