• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Prezidentin qızları “Zaman və gözəllikdən kənar” sərgisində FOTO

Prezidentin qızları “Zaman və gözəllikdən kənar” sərgisində FOTO
29.05.2020 03:48

Noyabrın 14-də Müasir İncəsənət Muzeyində rəssam Lalla Essaydinin işlərindən ibarət sərgi açılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.

"YARAT!" Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova sərginin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, L.Essaydinin "Zaman və gözəllikdən kənar" (Beyond Time and Beauty) adlı sərgisini təqdim etməkdən şərəf duyuruq. Fikrimizcə, bu tədbir bizim qədim tarixdən də məlum olduğu kimi, vizual ənənələr içində boya-başa çatan Bakı ictimaiyyətində dərin maraq doğuracaqdır. A.Mahmudova sərginin təşkilində əməyi olanlara dərin təşəkkürünü bildirib.

Sonra incəsənət elmləri namizədi, şərqşünaslıq tarixi və nəzəriyyəsi üzrə mütəxəssis, Qətərin Doha şəhərində Şərqşünaslıq Muzeyinin təsisçisi və direktoru Olqa Nefedova rəssam L.Essaydinin yaradıcılığını, o cümlədən onun burada nümayiş etdirilən əsərlərini yüksək qiymətləndirmiş və sərginin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq edib.

Sonra rəmzi açılışı bildirən lent kəsilmiş və sərgiyə baxış olub.

Gələn il yanvarın 14-dək nümayiş etdiriləcək sərginin kuratoru Dina Nasser-Xadividir.

"Zaman və gözəllikdən kənar" rəssam L.Essaydinin Azərbaycanda ilk sərgisidir və müəllifin 2012-13-cü illərdə Afrika Smitsonian İncəsənət Muzeyindəki sərgisindən sonra növbəti işidir. Rəssamın bütün karyerası boyu yaratdığı əsərləri bir yerə cəmləyən sərgi "Hərəm", "Güllələr", "Qovuşan ərazilər" və "Mərakeş qadınları" silsiləsini əhatə edir.

Sərgi Müasir İncəsənət Muzeyində "YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən beynəlxalq müasir incəsənət sərgilərinin genişlənməkdə olan proqramının bir hissəsidir.

Lalla Essaydi keçən on illikdə fotoqrafiya, qarışıq media və quraşdırma kimi texnikadan bəhrələnməklə oriyental motivlərin, İslam ikonaqrafiyası və Yaxın Şərq qadınına baxışın orijinal biçimdə yenidən canlandırılmasına görə şöhrətlənmişdir. Rəssamın formalaşdığı illər Mərakeşdə və Səudiyyə Ərəbistanında keçmiş və o, Avropa və ABŞ-da təhsil almışdır. L.Essaydi deyir ki, sənətimdə özümü çoxlu sayda linzalar vasitəsi ilə təqdim etmək istərdim - rəssam kimi, mərakeşli kimi, səudiyyəli kimi, ənənəçi, liberal, müsəlman kimi. Qısası, mən tamaşaçını stereotiplərə qarşı çıxmağa dəvət edirəm.

Sərginin kuratoru Dina Nasser-Xadivinin fikrincə, L.Essaydi çox məşhur beynəlxalq rəssamdır, o, nəsə çox orijinal bir şey yaratmaq üçün nüfuzedici mədəni və estetik dixatomiyaları irəli sürür - Şərq və Qərb, ənənə və müasirlik və qadın haqqında dəyişən qavrayışları da məhz o irəli sürür.

Mərakeşin hərəm memarlığından tutmuş ərəb kalliqrafiyasına və oriyentalist rəssamlıq ənənəsinədək sıralanan vizual ənənələri yada salmaqla L.Essaydi onu formalaşdıran ikonoqrafiyanı əsaslandırır. Onun "Mərakeş qadınları" silsiləsindən əsərləri tamamilə İslam kalliqrafiyasına bürünmüşdür. Mətn sanki, qadının düşdüyü tordur və o, eyni zamanda, həm də dekorasiya formasıdır, bu isə İslam qadınının həyatında ən mənalı məqamlardan sayılmalıdır.

Tam illüstrasiyalı rəngli kataloq sərgini müşayiət edir və buraya Qətər Şərqşünaslıq Muzeyinin təsisçi-direktoru O.Nefedova tərəfindən yazılmış esse daxildir.

Mərakeşdə boya-başa çatan L.Essaydi ömrünün bir çox ilini Səudiyyə Ərəbistanında keçirmiş və Qərb təhsili almasına baxmayaraq, ənənəvi İslam həyatı onun formalaşmasında əsas rol oynamışdır. L.Essaydinin fotoəsərlərində İngres, Delakrua və Gerome kimi on doqquzuncu əsrin oriyentalist rəssamlarına xas olan ikonoqrafiya əsaslı müasir refleksiya dərhal nəzərə çarpır. Son vaxtlarda müəllif Mərakeşdə hərəm üslubunda bir sıra əsərlər yaradıb.

L.Essaydi Nyu-Yorkda yaşayır. Onun "Mərakeş qadınları" silsiləsindən seçmələri 2009-cu ildə tanınmış kitab evləri tərəfindən nəşr edilmişdir. Müəllifin işlərindən ibarət son sərgi Afrika Smitsonian, Boston İncəsənət muzeylərində, Uilyams Kollec Muzeyində və Ohayoda Kolumbus İncəsənət Muzeyində sərgilənmişdir. Onun əsərləri Parisin Luvr Muzeyində və dünyanın bir sıra məşhur muzeylərində nümayiş etdirilir.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Mədəniyyət 07:17
Trampdan Hollivuda qarşı ticarət müharibəsi – xaricdə çəkilən filmlərə 100% rüsum
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Mədəniyyət 12:17
Azərbaycan tarixi-mədəniyyət abidələrinin vahid sistemlə pasportlaşdırır
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
Mədəniyyət 17:54
Orxan Fikrətoğlu nazirin müşaviri təyin edilib
"Mədəniyyət" qəzeti bağlanıb
Mədəniyyət 14:17
"Mədəniyyət" qəzeti bağlanıb
Ziyadxan Əliyev vəfat edib
Cəmiyyət 22:32
Ziyadxan Əliyev vəfat edib
Ənvər Həsənov vəfat edib
Mədəniyyət 21:07
Ənvər Həsənov vəfat edib
Azərbaycanda "Milli Teatr Günü"dür
Mədəniyyət 10:05
Azərbaycanda "Milli Teatr Günü"dür

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Mədəniyyət 09:21
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Mədəniyyət 23:44
Arif Babayev "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol