Prezidentin yüksək vəzifə verdiyi Daşqın İskəndərov kimdir? - DOSYE

10:18 | 03.12.2019
Prezidentin yüksək vəzifə verdiyi Daşqın İskəndərov kimdir? - DOSYE

Prezidentin yüksək vəzifə verdiyi Daşqın İskəndərov kimdir? - DOSYE

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, "Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. Anews.az Daşqın İskəndərovun tərcümeyi-halını təqdim edir:

Daşqın İskəndərov 1965-ci ildə Şamaxı rayonunda anadan olub.

1983 - 1985-ci illərdə hərbi xidmətdə olmuş və xidməti tamamlayaraq 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsinə daxil olub.
İnstitutu 1991-ci ildə bitirərək dağ mühəndisi ixtisasına yiyələnmişdir.

1991-ci ildə 28 May neft - qazçıxarma idarəsinin (NQÇİ) 5 saylı dərin dəniz özülündə neft-qazçıxarma operatoru kimi əmək fəaliyyətinə başlamışdır.
1999-cu ilədək orada operator, mühəndis, Neftin və qazın ilkin hazırlanması və nəqli sexinin rəisinin müavini və rəisi vəzifələrini icra etmişdir.
1999-2007-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində və daha sonra BP Exploration Caspian Sea Limited şirkətində əməliyatlara nəzarət mərkəzində texnik və daha sonra istehsalat üzrə sahə rəhbəri vəzifəsində çalışmışdır.

2007-2010-cu illərdə SOCAR-ın Azneft istehsalat Birliyinin 28 may NQÇİ-nin rəisinin 1-ci müavini, daha sonra isə rəisi vəzifəsinə təyin edilmişdir.
Daşqın İskəndərov 2010-cu ildə Azneft İstehsalat Birliyində Baş direktorun 1-ci müavini vəzifəsində işləmişdir.

2011-ci ildən etibarən Azneft İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışır.

Evlidir, 2 övladı var.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM