Ötən gün Soçidə RF və Misir prezidentlərinin görüşü keçirilib.ANS PRESS-in məlumatına görə, görüşün nəticələri barədə hər iki ölkənin başçıları mətbuat üçün açıqlama yayıblar.“Bu günki danışıqlar çox zəngin keçdi. Biz əlaqələrimizin dərinləşməsi üçün vəziyyətin və perspektivlərin detallı nəzərdən keçirdik. Ticari və iqtisadi əlaqələrə daha çox əhəmiyyət verdik. Məmnunluqla bu sahənin inkişafında yüksək templəri qeyd etdik. Misir və Rusiyanın, Belarusun, Qazaxstanın Gömrük İttifaqları arasında əsaslı razılaşma əldə olunub. Hazırda azad ticarət zonasının yaradılması məsələsini nəzərdən keçiririk”- deyə Vladimir Putin KİV nümayəndələrinə bildirib.Eləcə də Vladimir Putin qeyd edib ki, Rusiya və Misir arasında Misir mallarının ölkə bazarlarına sadələşdirilimiş rejim üzərindən çatdırılması danışıqları gedir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !