Prezidentliyə namizədlik üçün lazım olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatıb. Bu barədə Report məlumat verib.
Bu proses dekabrın 19-dan başlayıb.
Prezident seçkilərində iştirak etmək üçün 17 nəfər namizdəliyini irəli sürüb. Onlardan yalnız üç nəfərin İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin səsvermədə iştirakı təsdiqlənib.
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Hələlik Prezident seçkiləri ilə bağlı Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.
Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !