Prokuror Müəmmar Akqaş “tərəfimdən icra edilən istintaqda qarşılaşdığım basqılara görə açıqlama verməyə ehtiyac duydum. Bu gündən etibarən istintaq materiallarında olan axtarış, müsadirə və həbs qərarlarından məhrum edilmişəm”,- deyib. “Axar.az” xəbər verir ki, Türkiyədəki korrupsiya əməliyyatının ikinci dalğasında Baş Prokurorluq tərəfindən səlahiyyətləndirilən prokuror Müəmmər Akqaş istintaqın onun öhdəçiliyindən alındığını bildirib:“Bundan sonra məsuliyyət Respublika Baş prokurorundur. Bütün həmkarlarım və ictimaiyyət bilməlidir ki, bir Respublika prokuroru olaraq istintaqı araşdırmağıma son qoyulub”. Prokuror bununla bağlı yazılı açıqlama verərək hökuməti kəskin tənqid edib. Həmin açıqlamanı təqdim edirik:
ANN.Az
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !