PSJ prezidentindən Messi və Ronaldo açıqlaması

23:58 | 17.02.2014
PSJ prezidentindən Messi və Ronaldo açıqlaması

PSJ prezidentindən Messi və Ronaldo açıqlaması

PSJ-nin prezidenti Nasser Əl-Xelaifi “Real” və “Barselona”nın hücumçuları Kriştiano Ronaldo və Lionel Messini transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.Qol.A-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, o bəyan edib ki, adları çəkilən futbolçular klublarını tərk etmək istəmirlər.“Messi və Kriştianonu təmsilçisi olduğu klublarda hər şey qane edir. Mənim “Real” və “Barselona”nın prezidentləri ilə yaxşı münasibətim var, onlara hörmət edirəm. Əgər bu klubun hansısa futbolçusu məni maraqlandırsaydı, prezidentlərlə söhbət edərdim. Amma belə bir şey yoxdur. Yəni PSJ bu transferlərin baş tutmasına cəhd etməyib. Messi və Ronaldonun öz klublarında xoşbəxt olmasına görə şadam” – deyə o bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti