İŞİD-in Orta Şərqdəki yüksəlişindən qərb cavabdehdir - bu açıqlamanı Pusiya prezidenti Vladimir Putun verib. O, bölgədəki asayişin bərqərar olması üçün qərbi öz səhvini düzəltməyə çağırıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Pitin növbəti dəfə qərbi tənqid atəşinə tutub: "Bu ölkələrdə terrorizm xarici ölkələrin BMT-nin Təhlükəsizlik Şurasının razılığı olmadan gerçəkləşdirdiyi müdaxilələrdən sonra ortaya çıxdı".
BRICS (beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrup - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (Brazil, Russia, India, China, South Africa) ölkələrinin təhlükəsizlik nazirləri ilə Moskvada keçirilən iclasda rus lider bu bəyanatı verib: "Bu gün Orta Şərqdə, eləcə də Şimali Afrikada nələrin olduğu, nələrin yaşandığı, İŞİD-in nələrə səbəb olduğunu hamımız yaxşı bilirik. Həddindən artıq ağır nəticələrlə qarşı-qarşıyayıq. Buna görə də ötən illərdə beynəlxaq səviyyədə atılan bütün xətaların tez bir zamanda düzəlməsi vacibdir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !