Putin - Rusiya siyasi problemlərdən asılı olmayaraq məsuliyyətli ixracatçı olacaq

Rusiya Federasiyası "siyasi çətinliklərdən” asılı olmayaraq xaricdə metallurgiya və digər məhsulların məsul tədarükçüsü olaraq qalacaq. Kremlin rəsmi saytı xəbər verir ki, bu barədə Putin metallurgiya sahəsində vəziyyətə dair müşavirədə bildirib.
"Rusiya bugünkü siyasi problemlərdən asılı olmayaraq, həmişə xarici alıcılar və tərəfdaşlar üçün metallurgiya məhsullarının etibarlı və məsuliyyətli tədarükçüsü olacaq. Gəlirli, proqnozlaşdırıla bilən işgüzar əməkdaşlığa sadiq olanlar üçün biz də etibarlı tərəfdaş olacağıq”, - deyə prezident bildirib.
Putin həmçinin qeyd edib ki, Rusiya "açıq-aşkar qeyri-dost münasibət” nümayiş etdirən ölkələrlə öz zərərinə işləməyəcək.
Əvvəllər bildirilirdi ki, Rusiya Federasiyasının prezidenti avqustun 1-də videobağlantı vasitəsilə görüş keçirəcək, o, metallurgiya sənayesindəki vəziyyəti müzakirə edəcək.
www.anews.az

Bundan əvvəl Novolipetsk Dəmir-Polad Zavodunun əsas sahibi Vladimir Lisin Rusiyadan metallurgiya məhsullarının ixracının niyə demək olar ki, mənasız olduğunu izah etdi.
Gülnar
www.anews.az