• $
  • €
  • ₽
  • ₺
  • £

Trampla Paşinyan arasında görüş başa çatıb -Yenilənib

Trampla Paşinyan arasında görüş başa çatıb -Yenilənib
08.08.2025 23:47

Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüş başa çatıb.

Tərəflər Ermənistan–ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi, Ermənistanın təklif etdiyi “Sülh yollarının kəsişməsi” layihəsi, eləcə də Ermənistan–Azərbaycan sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşün sonunda iki ölkə arasında bir neçə sənəd imzalanıb.

Bu, Trampın ikinci prezidentlik müddətinin başlanmasından bəri Paşinyan və Tramp arasında keçirilən ilk rəsmi görüşdür.

 

***

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Görüşdən sonra Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək danışıqlar aparacağı, daha sonra isə Tramp, Paşinyan və Əliyev arasında üçtərəfli sammit keçiriləcəyi planlaşdırılır.

Mətbuatda yer alan məlumatlara görə, görüşlər çərçivəsində sənədlərin imzalanması gözlənilir. Xüsusilə, Paşinyan və Trampın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlı layihənin işə salınmasına dair saziş imzalayacağı bildirilir. Layihə Ermənistanın Sünik bölgəsində nəqliyyat dəhlizi üzərində ABŞ-a müstəsna hüquqlar verilməsini nəzərdə tutur.

Məlumata görə, Vaşinqton bu əraziləri dəmir yolu, neft və qaz kəmərləri, fiber-optik rabitə xətləri və elektrik ötürücü xətlərin tikintisinə nəzarət edəcək bir konsorsiuma subicarəyə verməyi planlaşdırır.


 

 

 

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Siyasət 13:05
Paşinyan: yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Siyasət 11:15
Rusiya: Ukrayna münaqişəsi ilə bağlı Almaniya ilə rəsmi danışıqlar aparılmır
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Siyasət 14:40
Ermənistan parlamentinin yeni spikeri kimdir? - Dosye
Paşinyan: bazar günü hökumət istefa verəcək
Siyasət 14:47
Paşinyan: bazar günü hökumət istefa verəcək
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Siyasət 17:30
Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol