• $
  • €
  • ₽
  • ₺
  • £

Razi Nurullayev: çəyirtkə məhsulu məhv edərsə, fermerin borcunu kim ödəyəcək?

Razi Nurullayev: çəyirtkə məhsulu məhv edərsə, fermerin borcunu kim ödəyəcək?
23.10.2026 13:50

Deputat Razi Nurullayev çəyirtkə sürüsü və ya su çatışmazlığı səbəbindən məhsulunu itirən fermerin maliyyə öhdəliklərinin necə tənzimlənəcəyinin qanunvericilikdə aydın müəyyənləşdirilməsini təklif edib. O, bu barədə Milli Məclisdə məhsul şəhadətnaməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı danışıb.

“Təsəvvür edin, fermer gələcək məhsulu hesabına vəsait əldə edir, öhdəlik götürür. Amma sabah nə baş verəcəyini bilmir. Birdən su verilmədi? Birdən çəyirtkə sürüsü gəlib məhsulu məhv etdi? Yaxud kimsə qəsdən sahəni yandırdı? Fermer məhsulu təhvil verə bilmədi. Bəs onda nə olacaq?” - deputat bildirib.

Nurullayev qanun layihəsinin fermerlərin maliyyə resurslarına çıxışını genişləndirməsini müsbət qiymətləndirsə də, məhsulun məhv olması halında yaranan risklərin və tərəflərin məsuliyyətinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

“Fermer öz öhdəliyinə görə məsuliyyət daşıyır, bəs dövlət öz üzərinə düşən vəzifələri yerinə yetirməyəndə məsuliyyəti kim daşıyacaq?” - o sual edib.

Deputat qanun layihəsinin 7-ci maddəsində sığortanın könüllü nəzərdə tutulmasına da diqqət çəkib. Onun sözlərinə görə, maddi çətinlik çəkən fermerlərin bir qismi əlavə sığorta xərclərindən yayınarsa, məhsullarını itirdikdə həm borclu qala, həm də maliyyə çətinliyi ilə üzləşə bilərlər.

Nurullayev məhsul şəhadətnaməsi əldə etmək istəyən fermerlər üçün dövlət hesabına bir günlük pulsuz maarifləndirmə seminarlarının keçirilməsini təklif edib. O bildirib ki, fermerlərə hüquqları, öhdəlikləri, məhsulun məhv olması halında yarana biləcək nəticələr, eləcə də əmlak və gəlirləri üçün mümkün risklər sadə dildə izah edilməlidir.

Deputat məhsul şəhadətnaməsinin mülkiyyətçilərinin hüquqlarının qorunmasının da vacib olduğunu qeyd edib. Onun fikrincə, fermer öhdəliyini yerinə yetirə bilmədikdə mülkiyyətçilərin vəsaitlərini və ya məhsullarını necə geri alacaqları qanunda aydın göstərilməlidir.

O, öhdəliklərin icrası, mübahisələrin həlli və tərəflərin məsuliyyəti ilə bağlı müddəaların dəqiqləşdirilməsini, fermerlərin əmlakına müdaxilənin hüquqi əsaslarının və məhkəmə nəzarətinin aydın müəyyən edilməsini təklif edib.

“Biz fermerə yeni maliyyə imkanı yaradırıqsa, onu yeni hüquqi problemlərin qarşısında tək qoymamalıyıq. Eyni zamanda, bu şəhadətnaməni əldə edən şəxsin də hüquqlarını real şəkildə qorumalıyıq”, – Nurullayev bildirib.

O əlavə edib ki, qanun həm məhsulunu itirən fermerin əmlakını itirmək qorxusu ilə üzləşməsinin, həm də investorun vəsaitini geri almaq üçün illərlə məhkəmələrdə qalmasının qarşısını almağa xidmət etməlidir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanlıların olduğu gəmi batıb - ölən və itkin düşənlər var
Cəmiyyət 14:41
Azərbaycanlıların olduğu gəmi batıb - ölən və itkin düşənlər var
Razi Nurullayev: çəyirtkə məhsulu məhv edərsə, fermerin borcunu kim ödəyəcək?
Cəmiyyət 13:50
Razi Nurullayev: çəyirtkə məhsulu məhv edərsə, fermerin borcunu kim ödəyəcək?


Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
Cəmiyyət 13:45
Bulvarda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
Azərbaycanda təhsil alan Hindistan vətəndaşlarının sayı açıqlanıb
Cəmiyyət 13:27
Azərbaycanda təhsil alan Hindistan vətəndaşlarının sayı açıqlanıb

Azərbaycan və Hindistan arasında birbaşa uçuşların sayının artırılması müzakirə olunacaq
Cəmiyyət 13:22
Azərbaycan və Hindistan arasında birbaşa uçuşların sayının artırılması müzakirə olunacaq
Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
Cəmiyyət 13:19
Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
Kənd təsərrüfatı sahəsində vəziyyət yaxşılığa doğru dəyişmir - deputat
Cəmiyyət 13:12
Kənd təsərrüfatı sahəsində vəziyyət yaxşılığa doğru dəyişmir - deputat
Zahid Oruc aqrar bölgələrdə kommunal tariflərin azaldılmasını yenidən təklif edib
Cəmiyyət 13:05
Zahid Oruc aqrar bölgələrdə kommunal tariflərin azaldılmasını yenidən təklif edib
Deputat subsidiya ilə bağlı yeni təklif verib
Cəmiyyət 12:58
Deputat subsidiya ilə bağlı yeni təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol