Putin Ukrayna ilə müharibəni bitirməyi təklif edib

13:07 | 04.07.2024
Putin Ukrayna ilə müharibəni bitirməyi təklif edib

Putin Ukrayna ilə müharibəni bitirməyi təklif edib

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində deyib ki, Rusiyanın təklif etdiyi "tənzimləmə şərtləri” "Kiyev və Qərb ölkələri buna hazır olarsa” "döyüş əməliyyatlarının dərhal dayandırılmasına” imkan verəcək.

"İyunun ortalarında biz başqa həll variantını təqdim etdik, əgər Ukrayna tərəfi və ən əsası onun Qərb sponsorları bunu qəbul etməyə hazır olsalar, biz sözün əsl mənasında dərhal, hərbi əməliyyatları  dayandırmağa, insanların həyatını xilas etməyə və danışıqlara başlamağa hazırıq",  - Putin bildirib.

O, ŞƏT liderlərinə "münaqişənin həlli ilə bağlı təkliflərinə” görə minnətdarlığını bildirib və  "fikir və təşəbbüslərinizi nəzərə almağa” hazır olduğunu deyib. 
 
Onun sözlərinə görə, Moskva "hər zaman vəziyyətin sülh, siyasi və diplomatik yolla həllinin tərəfdarı olub və tərəfdarıdır”.

İyunda Putin Ukraynaya Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən qoşunlarını çıxarmağı, onlar üzərində, eləcə də Krım üzərində suverenliyin itirilməsini tanımağı, NATO və digər hərbi ittifaqlara qoşulmaqdan imtina etməyi və "demilitarizasiya və denazifikasiya”nı həyata keçirməyi təklif etmişdi.
 
Onun fikrincə, Qərb də "Rusiyadan sanksiyaları götürməlidir”.
 
Putin söz verib ki, Moskva "sabah belə danışıqlar masası arxasına oturmağa hazırdır”.

Ukrayna prezidenti Vladimir Zelenski, Qərb liderləri və ABŞ-ın keçmiş prezidenti Donald Tramp Putinin "planını” mənfi qarşılayıblar.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM