Ermənistan Rusiyadan qazı və emal olunmamış almazları rüsumsuz alacaq. ANS PRESS-in məlumatına görə, Rusiya və Ermənistan təbii qazın, neft məhsullarının və işlənməmiş almazların Ermənistana çatdırılması sahəsində əməkdaşlıq haqqında razılaşmanı təsdiqləyib. Sözügedən məsələ ilə bağlı qanun layihəsini Rusiya prezidenti Vladimir Putin imzalayıb. Tərəflər arasında razılaşma 2 dekabr 2013-cü il tarixində İrəvanda imzalanıb. Razılığa əsasən Rusiya tərəfi Ermənistanın daxili istehlakı üçün lazım olan həcmlərdə neft məhsullarından və təbii qazdan ixracat gömrük rüsumlarını almayacaq. Ermənistana işlənməmiş təbii almazların isə Rusiya almaz çıxarma müəssisələri tərəfindən müəyyən olunmuş şərtlərlə göndərilməsi planlaşdırılır. Rusiyadan Ermənistana gömrük rüsumundan azad olaraq gətirilən məhsulların Rusiyaya geri ixracı qanunla qadağan edilib. Qeyd edək ki, Rusiya, Qazaxıstan və Belarusiya prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko 29 mayda Astanda Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni imzalayıblar. Ermənistanın da yaxın vaxtlarda bu üç ölkəyə qoşulacağı gözlənilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !