Ukrayna parlamenti ölkənin Xarici İşlər naziri Andrey Deşitsanın vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qərar qəbul edib.
Axar.az xəbər verir ki, Ali Radada keçirilən səsvermə zamanı 226 deputat Deşitsanın istefasının lehinə səs verib.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Pyotr Poroşenko Andrey Deşitsanın istefaya göndərilməsi ilə bağlı Ali Radaya müraciət ünvanlamışdı.
Xatırladaq ki, nazir Andrey Deşitsa ukraynalı hərbçilərin təyyarəsinin vurulmasına etiraz olaraq Rusiyanın Kiyevdəki səfirliyi qarşısında aksiya keçirən və səfirliyin maşınlarını yandıran fəallara qoşularaq, Rusiya Prezidenti Putini biabırçı şəkildə təhqir edən mahnı oxumuşdu. Rusiya Dövlət Dumasının deputatları isə buna sərt təpki göstərərək, Poroşenkodan "özünü idarə edə bilməyən" baş diplomatı istefaya göndərməyi tələb etmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !