Politoloq Rusiya dövlət başçısının yoxa çıxması haqda deyilənlərin sadəcə ehtimal olduğunu dedi: "Amma birmənalı şəkildə Putinin yoxa çıxdığını demək düzgün olmaz. Bu, sadəcə Rusiya prezidenti haqqında deyilən ehtimallardan biridir. Əvvəla, Putin Rusiya dövlətinin başçısıdır, o, icraedici hakimiyyətə daim başçılıq edir və ona nəzarət edir, bu sistemin də üzvləri Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) zabitləridir və onlar da istəməz ki, Putin hakimiyyətdən getsin. Çünki Putinin hakimiyyətdən getməsi onların cəmiyyətdəki mövqeyini zəiflədə bilər. Rusiya prezidenti haqqında bu kimi ehtimalların ümumiyyətlə həqiqət olduğuna inanmıram".
Zərdüşt Əlizadə uzun illərdir ki, Rusiya dövlətinin çökəcəyini təkrarlıdığını dedi: "Bütün parametrlərə görə bildirirəm ki, Rusiya həyatda qalası dövlət deyil, tənəzzülə gedən, dağılan bir dövlətdir. Ola bilsin ki, Putinin hakimiyyətdən kənarlaşdırılması, bu tənəzzül prosesini daha da sürətləndirəcək".
Putinin islam dinini qəbul etməsi məsələsinə toxunan politoloq vurğulayıb ki, əvvəla Putinin müsəlmanlığı qəbul etməsi inandırıcı deyil: "Çünki Putin xristian dövlətinin başçısıdır və Rusiyada müsəlmanların sayı cəmi 20 milyondu. O siyasi baxımdan da müsəlmanlığı qəbul edə bilməz. Çünki bu addımın atılması Putin üçün əlverişli deyil".
Orxan Aslanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !