Tabu Şahin məscidi Mərdəkan qəsəbəsində yerləşir. Abidə Azərbaycanın şimal hissəsində geniş yayılmış arxitektura elementlərini özündə əks etdirir. 15-ci əsrdə tikilən məscid onun tikintisini sifariş edən qadının şərəfinə adlandırılıb.
Məscidin giriş pilləkəninin üzərində daha bir yazı var. Bu yazının məscidin tikildiyi daha əvvəlki dövrə aid olduğu şübhəsizdir: hicri təqvimi ilə məhərrəm ayı, 774-cü il (miladi təqvimlə 1372-ci il). Yazıda məscid tikintisini sifariş verən şəxsin adı yazılıb: Mahmud Abayilin oğlu Xoca Nurəddinin oğlu Hacı Bahaddin.
Bu qdəim abidənin fotolarını oxucularımıza təqdim edirik.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !