“Qafqaz əsiri-2” çəkiləcək

22:28 | 03.01.2014
“Qafqaz əsiri-2” çəkiləcək

“Qafqaz əsiri-2” çəkiləcək

Yeni ilin ilk günlərində növbəti Sovet komediya kino irsinin - "Qafqaz əsiri"nin ikinci çəkilişi barədə xəbər yayılıb.

 

“Axar.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, Leonid Qaydarın “Qafqaz əsiri” filminin quruluşçu rejissoru Aleksandr Panov olacaq.

 

Bildirək ki, kinonun orijinal süjetinə hər hansı ciddi dəyişikliyin olmayacağı barədə artıq məlumat verilib. Gənc gözəl qızı isə Sati Kazanova ifa edəcək. “Qafqaz üçbucağı” adını almış filmdə Natalya Varley, Qarik Martirosyan və Erik Roberts də rol alacaq. Gəlini oğurlayacaq şəxsi isə məşhur komediya ustası Denni Devito ifa edəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti