Şimali Qafqaz ictimai təşkilatları Moskvanın Manej meydanında ksenofobiyaya qarşı mitinq keçirməyi planlaşdırırlar. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, təşkilatçılar mitinqi dekabrın 25-dən gec olmayaraq keçirməyi nəzərdə tuturlar. Onlar Rusiya ərazisində ksenofobiyaya qarşı çıxmağı planlaşdırırlar. Mitinqdə Dağıstan, Çeçenistan, Şimali Osetiya və Stavropoldan olan vətəndaşlar iştirak edəcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !