Qaçqın müsəlmanlarla nikah yasaqlandı

14:18 | 11.07.2014
Qaçqın müsəlmanlarla nikah yasaqlandı

Qaçqın müsəlmanlarla nikah yasaqlandı

Banqladeş hakimiyyəti ölkə vətəndaşlarına çox hissəsi Birmada (Myanma)yaşayan rohinc xalqının nümayəndələri ilə evlənməyi qadağan edib.

 

Lent.az-ın “BBC” -yə istinadən məlumatına görə, hətta qaçqın statusu alan rohinclərlə də nikah bağlamaq yasaqlanıb.

 

 

Banqladeşin ədliyyə naziri Anisul Xok belə nikahların qeydiyyatı bundan sonra qadağan ediləcək.

 

Xokın sözlərinə görə, rohincin nümayəndələri yerli sakinlərlə nikah bağlayaraq, Banqladeş vətəndaşlığını almağa cəhd göstərir: “Bu qadağa insan haqların pozmur, əksinə qanunun aliliyini təmin edir”.

 

Mənbə xatırladıb ki, Birmada buddistlər tərəfindən qovulan yüz minlərlə müsəlman rohinc məcburi olaraq, Banqladeşə sığınıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM