Qar Şamaxı yolunu bağladı

10:50 | 04.12.2013
Qar Şamaxı yolunu bağladı

Qar Şamaxı yolunu bağladı

Şamaxıya ilk qar yağıb.

ANN.Az Kanal S-ə istinadən xəbər verir ki, yağan qar rayon ərazisindəki avtomobil yollarına təsirsiz ötüşməyib. Gecədən yağan qar yolların buz bağlamasına səbəb olub. Bu isə, ən təhlükəli yollardan olan Şamaxı-Pirqulu yolunda sürcülər üçün çətin anlar yaşadıb.

Pirqulu istiqamətində hərkətə olan bütün avtomobillər yoldan qayıdıb. Bəziləri isə gecəni yolda keçirib.

Dağlıq ərazilərdə yerləşən yaşayış məskənlərinə 10-15 santimetrdən artıq qar yağıb. Qarın ən çox düşdüyü yerlər Məlhəm, Dəmirçi, Qızmeydan və Pirbəhli kəndləri olub.

Qeyd edək ki, qarın yağmasına baxmayaraq, Bakı-Şamaxı magistralı hərəkətə açıqdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM