Braziliyalı yarımmüdafiəçi Pedro Enrike "Qarabağ” futbol klubuna keçməyə yaxındır. Virtualaz.org bildirir ki, bu barədə Yunanıstan mətbuatı məlumat verib.
İsveçrənin "Sürix” və Fransanın "Renn” klublarının keçmiş futbolçusu hazırda Yunanıstanın PAOK komandasına məxsusdur. "Qarabağ” yunanlara Pedro Enrike üçün bir illik icarə və sonradan 3 milyon avroya almaq imkanı variantı təklif edib.
27 yaşlı futbolçunun "Qarabağ”a transferi ilə bağlı danışıqlar davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !