“Qarabağ” Çempionlar Liqasında bu heyətlə çıxış edəcək

14:09 | 02.09.2017
“Qarabağ” Çempionlar Liqasında bu heyətlə çıxış edəcək

“Qarabağ” Çempionlar Liqasında bu heyətlə çıxış edəcək

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın formasını geyinəcək futbolçuların adlarına aydınlıq gəlib. Klubun rəsmi "Twitter" səhifəsində verilmiş informasiyaya əsasən, Ağdam təmsilçisi iştirak ərizəsini UEFA-ya təqdim edib.

Baş məşqçi Qurban Qurbanov siyahıya 25 oyunçunun adını daxil edib. Bunlar arasında son anda transfer edilən Tarik Elyunussi, Pedro Enrike və Ramil Şeydayev də var.

Ümumilikdə, 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 4 hücumçu Azərbaycan çempionunun şərəfini qoruyacaq.

"Qarabağ"ın iştirak ərizəsi:

Qapıçılar: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 13. İbrahim Şehiç

Müdafiəçilər: 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 8. Miçel, 10. Pedro Enrike, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Hücumçular: 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Çelsi", "Atletiko" və "Roma" ilə mübarizə aparacaq. Ağdam klubu ilk görüşünü sentyabrın 12-də "Çelsi” ilə səfərdə keçirəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM