Bakıda "Qarabağ" və Polşa "Lex"i arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb. Bu barədə qitə futbol qurumunun rəsmi saytı yazıb.
Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Endryu Medli olacaq. Ona Daniel Kuk və Harri Leonard köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Simon Huper yerinə yetirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !