“Qarabağ” qrupda qaldı

09:00 | 29.11.2019
“Qarabağ” qrupda qaldı

“Qarabağ” qrupda qaldı

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.

"Qafqazinfo” xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ” səfərdə "Sevilya”nın qonağı olub.

Qrupdan çıxmaq şansını saxlamaq üçün, Ağdam təmsilçisni səfərdə ən azı heç-heçə etməli olsa da, bunu bacarmayıb. "Sevilya" ikinci hissədə vurduğu qollarla "Qarabağ"ı 2:0 hesabıyla məğlub edib.

Qrupun digər oyununda isə APOEL səfərdə "Düdelanj"ı üstələyib - 2:0. Bu nəticələrdən sonra xallarının sayını 7-yə çatdıran və şəxsi oyunlara görə "Qarabağ"ı üstələyən Kipr təmsilçisi qrup ikincisi kimi 1/16 finala adlayıb. 

5-ci tur
A qrupu
00:00. "Sevilya” (İspaniya) – "Qarabağ” (Azərbaycan) 2-0 
Qollar: Brayn Gil, 61, Dabbur, 90+2
Baş hakim: Məhəmməd Əl-Hakim
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

"Sevilya": 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriço (k), 7. Runu Lopes, 9. Munas Dabbur, 11. Munir. 14. Xavyer Ernandes (Çiçarito), 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres,

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdulla Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb