Avrokubokların 2018-ci il üçün ikinci oyun həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, keçirilən 20 qarşılaşma son 5 mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.
Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubu olan "Qarabağ”ın da mövqeyi dəyişib. Ağdam təmsilçisi 1 pillə geriləyib.
İlk "yüzlük”dəki yeganə təmsilçimizi indiyədək şəriki olduğu "Lokomotiv” keçib. Rusiya klubu evdə Fransa "Nitsa”nı məğlub edib – 1:0. "Dəmiryolçular” bu 2 xalla 62-ci sıraya şərik olub. 69-cu yerə şərik olan "Qarabağ” isə artıq 70-ci yeri bölüşən üç komandadan biridi. Qurban Qurbanovun yetirmələri ilə eyni xala malik BATE (Belarus) və "Yanq Boyz” (İsveçrə) da 70-ci yerə şərikdi.
Lakin təmsilçimiz bu mövqeni də itirə bilər. Çünki üç İspaniya klubu "Qarabağ”ı izləməkdə davam edir. "Betis”, "Selta” və "Real Sosyedad” cəmi 0,101 xal geridədi.
Digər komandalarımızın mövqeləri dəyişməz qalıb. "Qəbələ” aktivindəki 5,250 xalla "Voyvodina” ilə 191-ci pilləni bölüşür. Azərbaycanın digər 5 klubunun öz əmsalı aşağı olduğundan ölkə reytinqindən aldıqları payla kifayətlənib. Nəticədə "Neftçi, "Xəzər Lənkəran”, "Keşlə”, "Zirə” və "Kəpəz” 3,825 xalla 244-cü yeri bölüşən 13 komanda arasında yer alıb.
Qeyd edək ki, siyahıya 150,000 xala malik "Real” başçılıq edir. "Bavariya” isə 2-ci olan "Barselona”ya şərik çıxıb.
İlk "onluq”
1. "Real” (İspaniya) – 150,000
2-3. "Barselona” (İspaniya) – 127,000
"Bavariya” (Almaniya) – 127,000
4. "Atletiko” (İspaniya) – 126,000
5. "Yuventus” (İtaliya) – 121,000
6-7. PSJ (Fransa) – 109,000
"Sevilya” (İspaniya) – 109,000
8. "Mançester Siti” (İngiltərə) – 99,000
9. "Borussiya” (Dortmund, Almaniya) – 88,000
10. "Porto” (Portuqaliya) – 85,000
"Qarabağ” və qonşuları
65. "Lester” (İngiltərə) – 22,000
66. "Astana” (Qazaxıstan) – 21,750
67-68. "Feyenoord” (Hollandiya) – 21,500
"Rapid” (Vyana, Avstriya) – 21,500
69. "Marsel” (Fransa) – 21,000
70-72. "Qarabağ” (Azərbaycan) – 20,500
"Yanq Boyz” (İsveçrə) – 20,500
BATE (Belarus) – 20,500
73-75. "Selta” (İspaniya) - 20,3999
"Real Sosyedad” (İspaniya) - 20,3999
"Betis” (İspaniya) - 20,399
76. "Trabzonspor” (Türkiyə)– 18,000
Digər Azərbaycan klubları
191. "Qəbələ” – 5,250
244-256. "Neftçi” - 3,825
"Keşlə” - 3,825
"Zirə” - 3,825
"Kəpəz” - 3,825
"Xəzər Lənkəran” - 3,825
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !