• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

"Qarabağ" FCSB klubuna məğlub olaraq pley-off şansını itirib - Yenilənib

23.01.2025 23:43
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə məğlub olub.

3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.
 
 23:29

"Qarabağ" - FCSB (Rumıniya) oyununda beşinci qol vurulub.
Qonaqlar 3:2 hesabı ilə önə keçiblər.73-cü dəqiqədə Adrian Şut dubl müəllifi olub.

22:34

"Qarabağ" - FCSB (Rumıniya) oyununda ilk hissə başa çatıb.

İlk hissədə 2:2 hesablı bərabərlik qeydə alınıb.

Rumıniya klubunun heyətində 45+4-cü dəqiqədə David Mikelesku bərabərlik qolunu vurub.

 22:29

"Qarabağ" - FCSB (Rumıniya) oyununda üçüncü qol vurulub.

41-ci dəqiqədə qonaqların heyətində Dava Coyskim avtoqol müəllifi olub.Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.
 
 21:55

"Qarabağ" - FCSB (Rumıniya) oyununda ikinci qol vurulub.

Qonaq hesabı bərabərləşdiriblər.7-ci dəqiqədə Adrian Şut fərqlənib.

 21:49

"Qarabağ" - FCSB (Rumıniya) oyununda hesab açılıb.

Matçın 2-ci dəqiqəsində Leandro Andrade Ağdam təmsilçisini hesabda irəli çıxarıb.

 
 21:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyunu start götürüb.

Matçı Slovakiyalı baş hakim Filip Qlova idarə edir.
 
 
 21:02

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda baş tutacaq "Qarabağ” – FCSB (Rumıniya) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ": Buntiç, Bəhlul Mustafazadə, Mateus Silva, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Yankoviç, Leandro Andrade, Aleksey Kaşuk, Abdullah Zubir, Nəriman Axundzadə.

FKSB: Stefan Tarnovanu, Coyskim Dava, Florin Tanase, Daniel Birlicea Risto Radunoviç, Setefanesku, Valentin Kretu, Nqezana, Adrian Sut, David Mikulesku, Alhassan.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:45-də başlayacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rafael Fiziyev Qetjiyə məğlub olub - Video
İdman 10:30
Rafael Fiziyev Qetjiyə məğlub olub - Video
Zelenski gələn ay Cənubi Afrikaya səfər edəcək
İdman 16:40
Zelenski gələn ay Cənubi Afrikaya səfər edəcək
Millinin sabiq futbolçusunu 10 ilə kimi həbs gözləyir
İdman 14:46
Millinin sabiq futbolçusunu 10 ilə kimi həbs gözləyir
UEFA “Qarabağ”ı cərimələyib
İdman 10:56
UEFA “Qarabağ”ı cərimələyib
Qara görə bu oyunlar təxirə salınıb
İdman 13:39
Qara görə bu oyunlar təxirə salınıb
AFFA aşağı yaş qrupları üzrə oyunları təxirə salıb
İdman 22:24
AFFA aşağı yaş qrupları üzrə oyunları təxirə salıb
AFFA aşağı yaş qrupları üzrə liqaların oyunlarını təxirə salıb
İdman 19:08
AFFA aşağı yaş qrupları üzrə liqaların oyunlarını təxirə salıb
"Qarabağ" "Neftçi"ni məğlub edib - Yenilənib
İdman 20:55
"Qarabağ" "Neftçi"ni məğlub edib - Yenilənib
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
İdman 21:30
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol