Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Enrike deyib. Braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubuna keçidindən danışıb:
"Qarabağ"a gəlmək mənim üçün sürpriz oldu. Çünki keçidim transfer pəncərəsinin son günlərində baş tutdu. Mövsümün ilk hissəsində Çempionlar Liqasında oynaya bildim. Hazırda əsas hədəfimiz "Qarabağ"ın son illər ardıcıl çempion olduğu Premyer Liqada növbəti dəfə qalib olmaqdır".
27 yaşlı yarımmüdafiəçi Bakıdakı yaşayış tərzindən də söz açıb: "Ölkənin ən böyük şəhərində yaşayırıq. Bakı çox müasirləşib. Yeni hündürmərtəbəli binaları ilə Dubayı xatırladır. Hazırda da şəhərdə geniş tikinti işləri gedir. Riçard mənə deyib ki, Bakı qısa müddətdə bu qədər müasirləşib. Şəhərdə böyük tıxaclar olur. Mən burada maşın sürmürəm. Çünki "Qarabağ"da klubun öz sürücüsü var".
Karyerası ilə bağlı da danışan Enrike Yunanıstanın PAOK klubundakı çıxışını unuda bilmir: "Avropada ilk uğurum İsveçrədə olub. "Sürix"lə ölkə kubokunu qazanmışam. Fransanın "Renn" klubundakı karyeram isə Avropanın ən yaxşı çempionatlarından birindəki ilk təcrübəm kimi yadda qalıb. Amma heç şübhəsiz, Yunanıstan mənim üçün tamam fərqli idi. PAOK-la bu komandanın uzun müddət həsrətində olduğu çempionluğu qazanmışam. Orda çoxlu qol vurmuşam və azarkeşlərlə bağlı xeyli şey öyrənmişəm".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !