"Qarabağ”ın transfer hədəfində olan Zimbabve millisinin hücumçusu Xama Biliata daha bir klub müştəri çıxıb.
Anews.az xəbər verir ki, onu İsveçin "Yürqoden” klubu istəyir.
Klubun idman direktoru Bo Andeşon isə bildirib ki, Xama yaxşı oyunçu olsa da, onu İsveçə gətirmək çətin görünür.
Bununla belə, İsveçdə hələ "transfer pəncərəsi” açıqdır və bu keçidin baş tutmaq ehtimalı var.
Qeyd edək ki, "Qarabağ” bu futbolçunun transferi üçün onun yayadək müqaviləsi olduğu CAR-ın "Mamelodi Sandaunz” klubuna rəsmi şəkildə müraciət etmişdi.
Afrika klubu Ağdam təmsilçisindən 2,5 milyon dollar istəmiş, sonradan bu keçid baş tutmamışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !