• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Qarabağda yaşayan altı xəstə Ermənistana aparılıb

Qarabağda yaşayan altı xəstə Ermənistana aparılıb
18.01.2023 13:51
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağda yaşayan daha altı xəstənin Laçın dəhlizi ilə Ermənistana aparılmasına  şərait yaradıb. Bu barədə Ermənistan mətbuatı məlumat verib.
 
Bunlar "IV-V dərəcə vaxtından əvvəl retinopatiya”, "Beyin şişi”, "Postxolesistemik sindrom” və s. diaqnozu olan xəstələrdir.

Bundan əvvəl BQXK-nın əməkdaşları ağır vəziyyətdə olan 34 xəstənin Qarabağdan İrəvana çıxarılmasına köməklik göstəriblər.

Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi  də azərbaycanlı ekoloqlara cavab olaraq  iki etiraz aksiyası təşkil ediblər.  Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.   
 
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb. 
 
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
 
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır. 
 
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.
 
Gülnar Nazimqızı 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Cəmiyyət 21:04
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Qəzzaya humanitar yardım edilib
Cəmiyyət 15:59
Qəzzaya humanitar yardım edilib
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Cəmiyyət 17:11
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
Cəmiyyət 15:29
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
Cəmiyyət 15:47
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
BƏƏ Durovun həbsi səbəbindən  Fransa ilə razılaşmanı pozub
Cəmiyyət 16:48
BƏƏ Durovun həbsi səbəbindən Fransa ilə razılaşmanı pozub
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Cəmiyyət 17:15
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Gürcüstanda partiya Putinə müraciət edib
Cəmiyyət 13:51
Gürcüstanda partiya Putinə müraciət edib
Sərhədin demarkasiya olunmuş hissəsində təhlükəsizlik təmin olunacaq - Nikol Paşinyan
Cəmiyyət 13:50
Sərhədin demarkasiya olunmuş hissəsində təhlükəsizlik təmin olunacaq - Nikol Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol