Qarabağda yaşayan ermənilər pasport almaq üçün müraciət edib - Elşad Hacıyev

19:03 | 23.09.2023
Qarabağda yaşayan ermənilər pasport almaq üçün müraciət edib - Elşad Hacıyev

Qarabağda yaşayan ermənilər pasport almaq üçün müraciət edib - Elşad Hacıyev

Qarabağda yaşayan erməniəsilli vətəndaşlar Azərbaycan pasportu almaq üçün müraciət edib.
 
Bunu Daxili İşlər Naziriliyin sözçüsü Elşad Hacıyev Şuşada jurnalistlərə açıqlamasında deyib.
 
"Əsas diqqət ona yönəlib ki, ictimai qayda,ictimai təhlükəsizlik tam təmin edilsin.Ərazidə hansısa erməni silahlılarından qalmış qalıqlar,silah-sursat aşkarlarsa onların təhvil verilməsi,eləcə də mülki əhalinin təhlükəsizliyi məsələsi var ki, bu da qarşımıza qoyulan vacib tələblərdən biridir.Hazırda indiyə olan vəziyyətə görə, müraciət edən şəxslərin düşərgələrə yerləşdirilməsi təmin edilir. Onların hər biri erməniəsilli azərbaycanlı vətəndaşlardır. Onların mühafiəzəsi Azərbaycan tərəfindən diqqət mərkəzində saxlanılan məsələlər sırasındadır.Bu ərazidə yaşayan erməniəsilli  vətəndaşlar müvafiq qaydada Azərbaycanın konsititusiyasına uyğun olaraq  vətəndaşlıq məsələsinə baxılacaq. Onların şəxsiyyət vəsiqəsilə təmin edilməsi işi diqqətdə saxlanılır.Müraciət edən şəxslər var.Müraciət edənlər sırasında sağlamlıq,yaşlı insanlar var ki, onlar tibb heyəti ilə təmin olunmuş çadrlara köçürülməsi təmin edilir"- Hacıyev deyib.
 
Gülnar Nazimqızı
Rafiq Şahbazov
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti