Qarabağdakı ermənilər daha təhlükəsiz yaşaya bilər - Əliyev

22:27 | 01.08.2023
Qarabağdakı ermənilər daha təhlükəsiz yaşaya bilər - Əliyev

Qarabağdakı ermənilər daha təhlükəsiz yaşaya bilər - Əliyev

Qarabağda yaşayan ermənilər Azərbaycanın bir hissəsi kimi çox təhlükəsiz və rahat yaşaya biləcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib

"Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm", - Prezident İlham Əliyev "Euronews” telekanalına müsahibəsində deyib.

Avqustun 1-də Caliber.az saytı öz mənbələrinə istinadan yazıb ki, Yevlaxda Rəsmi Bakı nümayəndələri ilə Qarabağda yaşayan erməni icmasının nemayəndələri arasında görüş keçirilə bilər.

Bundan əvvəl, Rəsmi Bakı Qarabağda yaşayan etnik erməni azlıq nümayəndələrini renteqrasiya məsələləri ilə bağlı iki dəfə görüşə dəvət edib. Lakin onlar görüşdən imtina ediblər. 

Martın 1-də isə Milli Məclisin deputatı Ramin Məmmədov Xocalıda keçirilən görüşdə məsul şəxs qismində erməəni sakinlərinin təmsilçiləri ilə görüşdə iştirak edib. 

Görüş zamanı renteqrasiya dair ilkin müzakirələr keçirilib. 
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM