Məlum olduğu kimi, "Qarabağ” Azərbaycn Premyer Liqasının sonuna dörd tur qalmış Azərbaycan çempionu adını qazanıb.
Anews.az xəbər verir ki, ümumilikdə altıncı, ardıcıl beşinci dəfə ölkənin ən yaxşısı olan Ağdam təmsilçisi Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında növbəti dəfə Azərbaycanı təmsil etmək hüququ əldə edib.
Qurban Qurbanovun yetirmələri turnirdəki format dəyişikliyinə görə bu dəfə Çempionlar Liqasına I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Komandamız ilk təsnifat mərhələsindən yarışa qoşulacaq 34 iştirakçıdan biri olacaq.
Artıq bu mərhələdən mübarizəyə qoşulacaq 18 komandanın adı bəllidir. Hesabında 20,500 xal olan "Qarabağ” indidən səpələnmişlər sırasında yerini təmin edib. Azərbaycan çempionu hazırda reytinqinə görə mərhələnin üçüncüsüdür.
Beləliklə, komandamızın doqquz rəqibi bəllidir. UEFA qaydalarına görə, "Qarabağ” Ermənistan çempionu ilə turnirdə qarşılaşa bilməz.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
"Astana” (Qazaxıstan)
BATE (Belarus)
"Qarabağ” (Azərbaycan)
"Şerif” (Moldova)
"Malmö” (İsveç)
"Rusenborq” (Norveç)
HİK (Finlandiya)
TNS (Uels)
Kipr çempionu
Danimarka çempionu
Səpələnməmişlər
"Vikinqur” (Farer adaları)
"Sutyeska” (Monteneqro)
"Suduva” (Litva)
"Kork Siti” (İrlandiya)
"Spartak” (Latviya)
"Valyur” (İslandiya)
"Flora” (Estoniya)
"Torpedo” (Kutaisi, Gürcüstan)
Ermənistan çempionu
Şimali İrlandiya çempionu
Qeyri-müəyyənlər
"Şkendiya” (Makedoniya)
"Valletta” (Malta)
İsrail çempionu
Polşa çempionu
Bolqarıstan çempionu
Serbiya çempionu
Şotlandiya çempionu
Bosniya və Herseqovina çempionu
Xorvatiya çempionu
Macarıstan çempionu
Slovakiya çempionu
Albaniya çempionu
Lüksemburq çempionu
İlkin mərhələnin qalibi
Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 19-da keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !