Qarabağla bağlı İşçi qrup toplandı

13:37 | 12.07.2014
Qarabağla bağlı İşçi qrup toplandı

Qarabağla bağlı İşçi qrup toplandı

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə başlanan “Şuşaya Azadlıq” beynəlxalq kompaniyası çərçivəsində yaradılan “Sosial Şəbəkələr və Media ilə iş” işçi qrupunun toplantısı keçirlib.Toplantıda işçi qrupunun gələcəkdə görəcəyi işlər müəyyənləşdirilib. Müzakirələr zamanı qərara alınıb ki, “Sosial Şəbəkələr və Media ilə iş” qrupu bu layihə çərçivəsində fəaliyyət göstərəcək digər işçi qruplarla sıx əməkdaşlıq etsin. Eyni zamanda Qarabağla bağlı sosial şəbəkələrdə fəallığın artırılması məsələsi planlaşdırılıb. Tədbirdə qeyd olunub ki, bu fəallıq yalnız Azərbaycanla məhdudlaşmayacaq, həmçinin xaricə ünvanlanacaq məsələ olacaq. Müzakirələr zamanı o da qərara alınıb ki, işçi qrupuna xüsusi jurnalistlər cəlb edilsin.Üstünlük Qarabağ məsələsindən başı çıxan, xarici dil bilən, xarici əlaqələri geniş olan jurnalistlərə veriləcək. Bundan başqa virtual aksiyaların keçirilməsi planlara daxil edilib. Müəyyən müzakirələrin açılması, forumların təşkil edilməsi nəzərdə tutulub. Qarabağla bağlı ayrı-ayrı ölkələrin mediasında yazıların getməsi məsələsi də işçi qrupunun gələcək planlarına daxil edilib.Toplantıda çıxış edən işçi qrupunun rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, onlar artıq 6-cı aydır ki, Azərbaycan mətbuatında Qarabağla bağlı dərc olunan yazıların monitorinqini aparırlar. PJB sədri nəticələrin ürəkaçan olmadığını vurğulayıb və Azərbaycan mediasında bu baxımdan ciddi qüsurların olduğunu dilə gətirib. Daha sonra o, qeyd edib ki, ilkin olaraq isə Türkiyə, Rusiya, Almaniya, İsrail, Ukrayna və Pribaltika ölkələrinin mediası ilə birgə çalışılacağı bildirilib: “Artıq həmin ölkələrin media qurumları ilə əlaqələr saxlanılıb. Toplantıda yalnız Qarabağla bağlı xarici mətbuatda stastistik məlumatlarla kifayətlənməmək, insan mənzərələri kimi avropa oxucularını cəlb edəcək yazıların da yer alacağı vurğulanıb. Bundan başqa bildirilib ki, xarici mediada yalnız Azərbaycanlı müəlliflər deyil, xarici jurnalistlərin çıxış etməsi qərarlaşdırılıb. Buna görə də xarici jurnalistlər də işçi qrupuna daxil ediləcək”.İşçi qrupunun üzvləri Ülviyyə Abdullayeva, Şahin Qocayev, Elnur İsmayıloğlu müzakirələrdə maraqlı təkliflər veriblər. Sonda qərara alınıb ki, hər həftə işçi qrupunun toplantısı keçirilsin.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti