Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ" klubunun Avroliqanın "pley-off" mərhələsində 19 rəqibi müəyyənləşib.
Qol.az-ın məlumatına görə, onlardan 7-si Çempionlar Liqasında mübarizəni dayandıran, 12-si isə "pley-off" mərhələsinə birbaşa qoşulanlardır.
"Qarabağ"ın potensial rəqibləri sırasında "İnter" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyareal" (İspaniya), "Tvente" (Hollandiya), "Seltik" (Şotlandiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Sparta" (Praqa, Çexiya) və "Borussiya" (Münhenqladbax, Almaniya) kimi komandalar var.
Ümumilikdə pley-off mərhələsində 62 komanda mübarizə aparacaq ki, onlardan 33-ü artıq bəllidir. Qalan 29 komanda isə avqustun 7-də bəlli olacaq.
Avropa Liqası III təsnifat mərhələsinin qalibləri də pley-off mərhələsində mübarizə aparacaq.Həmin komandalar arasında Azərbaycanın "Neftçi" klubu da ola bilər. Amma komanda bunun üçün səfərdə Gürcüstanın "Çixura" klubunu mübarizədən kənarlaşdırmalıdır.
Avropa Liqasının pley-off mərhələsinin püşkü avqustun 8-də Bakı vaxtı ilə saat 16:00-da atılacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !