Qaraheybət qəzasındakı helikopterin “qara qutu”su Azərbaycanda da oxuna bilər - Hərbi ekspert

13:20 | 04.12.2021
Qaraheybət qəzasındakı helikopterin “qara qutu”su Azərbaycanda da oxuna bilər - Hərbi ekspert

Qaraheybət qəzasındakı helikopterin “qara qutu”su Azərbaycanda da oxuna bilər - Hərbi ekspert

"Qaraheybət hərbi poliqonunda baş verən məlum helikopter qəzası, hərbi pilot elitamızın qaymaqlarının şəhid olması olayı, o qədər böyük faciədir ki, düzü hadisəyə ilk əvvəldən rəy soruşanlara cavab vermək istəyində olmadım, gücüm yalnız hamı kimi için-için ağrınmağa çatdı”.
 
Bunu hərbi ekspert Tərlan Eyvazov deyib. Onun sözlərinə görə, baş vermiş bu faciəvi hal xüsusi peşakar yanaşma tələb edir. T.Eyvazov bir çox "ekspertlər”in dərhal "bu yüz faiz diversiyadır” iddiasınıirəli sürmələrinə etiraz edib.

"Mütəxəssislərin, aidiyyatı qurumların rəylərini, çox olmasa da, vertalyotlarda onlarla saat şəxsi uçus saatımın olmasını (hərbi, o cümlədən Mİ -17-də sərnişin kimi) nəzərə alıb müəyyən fikirlərimi bölüşmək qərarına gəldim. Əvvəla baş verən olay o qədər təzadlı və mürəkkəbdir ki, burada dərin texniki analiz aparmadan, ekspertizanın nəticəsi məlum olmadan mütləq fikir söyləmək düzgün olmazdı. Yalnız bir fakt əvvəldən məlum idi, kənardan hər hansı bir atəş açılmamış, maşının içərisindən hansı bir partlayış olmamışdır. Əgər belə olsaydı, bu mərkəzdən cəmi 25 km məsafədə olan poliqondakı bütün avia-texniki vasitələrdə qeydə alınar, həmçinin, hadisə şahidləri tərəfindən görünmüş olardı. Və heç kəs oradan salamat çıxa bilməzdi”.

T.Eyvazov xatırladıb ki, son məlumatlatda hərbi helikopterin "qara qutusu”nun oxumaq üçün Rusiyaya aparılması, orada ekspertizadan keçiriləcəyi bildirilir, amma bu barədə rəsmi məlumat verilmir.

""Qara qutu”nun oxunmasının yalnız Rusiyada ola biləcəyi bir aksioma kimi vurğulanır... Yanlış fikirdir. Bizdə həm mulki, həm hərbi aviasiyada "qara qutu”ların oxunması üçün heç bir texniki problem, çətinlik yoxdur. "Qara qutu”nun yazısı əvvəllər adi maqnitofon, indi isə "fleşka” kimi oxunur. Cəmiyyətimizdə bu yanlış rəy məlum Qarakənd qəzasından sonra yaranıb. Ancaq o zaman "qara qutu”nu Moskvaya o adla göndərmişdilər ki, terror hadisəsində həm Rusiyanın yüksək çinli hərbiçiləri həlak olmuşdu, həm də vertalyot Rusiya DİN -nə aid olduğuna görə prokurorluğun açdığı cinayət işinə əlavə edilməliydi. Təbii ki, bununla da ordakı müəyyən dairələr həm də ermənilərin törətdiyi bu cinayətin tam açılmasına imkan verməmişdilər. Əslində, o dövrdə də respublikamızda "qara qutu”ların oxunması mümkün idi2.

Hərbi ekspert bildirib ki, uçuş vaxtı üç cur yazı qeydə alınır:

"1-cisi "Qara qutu”da. 2-ci ekipajin daxili danışıqlarının səsyazmasınd. 3-cüsü göyərtənin avadanlığının göstəricilərinin yazısında - Ekipaj komandirinin yerdəki dispetçerlə danışıqlarının səs yazısı (bu səs yazısı "qara qutu”da deyil, yer xidmətində- dispetcer məntəqəsində olur)”.

T.Eyvazov deyib ki, baş verən hadisə hərb tariximizdə, ümumən ölkə tariximizdə olduqca faciəvi bir haldır.

"Xalqımız müstəqillyinin bu 30 ilində olduqca böyük faciələr yaşamış, amma sınmamış, yenidən toparlarınıb çətinlikləru dəf efə bilmişdi. Məlum olan odur ki, müəyyən xarici və daxili güclər bir xalq olaraq qazandığımız, haqq etdiyimiz qələbəmizi sinirə bilmir, hər vəclə bunun heyfini çıxmağa çalışırlar. Amma mümkün deyil. Bütün sınaqlar kimi bundan da üzuağ çıxa biləcəyik. Təəssüf ki, çox ağır sınaq oldu, bu qəza yeri dola bilməyəcək bir itkidir. 
Hər vəclə, hamılıqla çalışmalıyıq birdə belə hal, belə itki, belə ağrı yaşanmasın”.
 
Noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 hərbçimiz həlak olub, 2-si yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanmış, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb. (Modern.az)
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb